Ordu.az “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlərin idarəedicisi Baş Qərargah rəisi, aerokosmik qüvvələrin baş komandanının birinci müavini, general-leytenant Paleq Kuraçenko və Çin Xalq Azadlıq Ordusunun aerokosmik qüvvələrinin qərargah rəhbəri general-leytenant Ma Çujentszyun Rusiya və Çin hərbi qulluqçularının döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıblar.
“Öz çıxışlarında təlimlərin rəhbərləri bildiriblər ki, hər iki ölkənin hərbi mütəxəssisləri qarşısında qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib. Qərargahlardan başlayaraq komandir bölmələrinə qədər ordunun bütün pillələri arasında qarşılıqlı fəaliyyətin yeni səviyyəsi əldə olunub”, - deyə məlumatda bildirilib.
Ordu.az