Ordu.az “Foxnews”a istinadən xəbər verir ki, hazırda ABŞ Ordusunun 25-ci Piyada diviziyasından bir neçə cəsur qadın və kişi əsgəri bənzərsiz bir ərazidə döyüşmək və sağ qalmaq üçün təlimlər keçir.
Lakin Cənub-şərqi Asiyanın əvəzində, indi Honolulunun şimal-qərbindəki Havay cəngəlliklərində... İllərlə İraq və Əfqanıstan səhraları, dağları və kəndlərində patrulluq edən əsgərlər üçün bu heç də tanış mənzərə deyil.
“Cəngəlliklərdə döyüşməyi öyrənmək bizim üçün olduqca dəyərlidir. Son 16 ildə ordumuz əsasən səhra zonasında vuruşmağa fokuslanıb”, - deyə 25-ci Diviziyanın Serjantı Corc Feqali bildirir.
Təlimlər 1999-cu ildə Panamada keçirilən təlimlərdən indiyə qədər ABŞ ordusunun ilk cəngəllik təlimləridir. Heç kəs burada hərbi strategiyadan və ya siyasətdən danışa bilməz. İŞİD, Əl-Qaidə və digər ekstremist qruplarının Sakit okean ölkələri, Filippin, İndoneziya və Malayziyada fəaliyyətlərini genişləndirdikləri bir vaxtda “Şimşək akademiyası” yaradılıb.
Şimali Koreyada cəngəllik olmasa da, Kim Çen Inın nüvə ambisiyasının gərginliyi artırması da Əfqanıstan və İraq xaricində döyüşə bilən əsgərlərin hazırlanması üçün bir səbəbə çevrilib.
Üç dəfə Əfqanıstanda, bir dəfə İraqda olan və indi “Şimşək Akademiyası”nın təlimlərində iştirak edən serjant Apollo Ruiz bildirir ki, keçirilən təlimlər həmin ərazilərdə xidmət etməkdən tamamilə fərqli bir şeydir.
“Məsələn bir fərq səsdir. Səhra döyüşləri, zirehli tankların səsinə bərabərdir. Burda siz tamamilə səssiz olmalısız. Siz su damcılarının və yarpaq xışıltılarının səsini dinləyirsiz”, - deyə o əlavə edib.
Serjant Feqali başqa bir fərq haqda danışır.
“Səhra açıq və nəhəngdir, bura isə əngəlləyicidir, sizin hərəkət qabiliyyətiniz məhduddur. Səhrada ikən bir saatda 5-6 km qət etdiyim halda burda sadəcə 500 metr gedə bilirəm”, - deyə serjant qeyd edib.
Araşdırmalara görə, təlimlərin 70% 25-ci piyada dviziyasından olsa da, digər hərbi bölmələrin üzvləri də bu təlimlərə qatılacaqlar. Buna FTB kimi bəzi güc strukturları da daxildir.
Feqali və Ruiz Noyabrda 3 həftəlik kurslara başlayan 75 nəfərlik dəstənin üzvləri olub.
“Bu çətin üç həftə olsa da, hazırlıq vacibdir. Məqsəd tələbələrə cəngəllik mühitində yaşamaq, döyüşmək və qalib gəlməyi öyrətməkdir”, - deyə təlimin təşkilatçıları bildiriblər.
Ağalar Ağalarlı
Ordu.az