“Əgər kimsə İŞİD-in tam məhv edildiyini desə, inanmayın” - Mettis

2017/12/mat700456456_1513413487.jpg
Oxunub: 427     16:36     16 Dekabr 2017    
“İŞİD Suriyada məğlubiyyətlə üzləşir, lakin onunla müharibə bitməyib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bəyan edib.

“Artıq məlumdur ki, İŞİD məğlub olur. Düşünürəm ki, hələ problemlər var, onlarla döyüş bitməyib. Əgər kimsə İŞİD-in tam məhv edildiyini desə, inanmayın. Biz onlarla döyüşməyə davam edirik, onlar isə qaçırlar. Çünki bizim alyansa qarşı heç cür mübarizə aparmağa qadir deyillər”, - deyə Mettis bildirib.

O həmçini bildirib ki, Rusiya və Suriya rejiminin Fərat çayının özləri tərəfindən nəzarət olunan hissəsində İŞİD-ə qarşı mübarizə aparması tamamilə aşkardır.

“Biz indi qeyri-stabil olan regionda stabilliyə nail olmağa çalışırıq. İran isə hələ də Suriya prezidenti Bəşər Əsədə yardım göstərərək onun hakimiyyətdə qalmasına kömək göstərir”, - dey Mettis vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İŞİD   Suriya-böhranı  


Bizi "telegram"da izləyin