Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə həmin vilayətdə olan Yəmən ordusuna yaxın mənbələr bildirib.
Mənbə bildirib ki, ordu vilayətin 8 bölgəsini və Şaban dağını azad edib. Düşmənin ən güclü sığınacaqlarından biri olan bu dağdan bütün Şəbvə vilayətinə nəzarət etmək mümkündür.
O əlavə edib ki, sonuncu qızğın qarşıdurmalar zamanı husilərin 12 üzvü əsiri olaraq ələ keçirilib.
Hal-hazırda Yəmən ordusu əl-Əlya şəhərinin girişi olan Behan ərazisinə çatıb.
Ordu.az