Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş Qərargahından məlumat verilib.
Məlumatda bildirilir ki, Rusiya beynəlxalq ticarət və internet təminatı üçün son dərəcə əhəmiyyətli olan kommunikasiya xətlərinə hücum etməklə NATO ölkələri üçün çox ciddi təhdid yarada bilər.
Britaniya Hərbi Hava Qüvvələrinin rəhbəri Marşal Stüart Piç bildirib ki, NATO və Britaniya kommunikasiya xətlərinin müdafiəsini möhkəmləndirməlidir.
Ordu.az