“BAE Systems” Kral Dəniz Donanmasının 38 platformasındakı döyüş nəzarət sistemləri, taktiki şəbəkələr və infrastrukturun uyğun, təhlükəsiz, möhkəm və rabitəli qalmasını təmin etməklə bağlı Böyük Britaniya Müdafiə Nazirliyi ilə 7 illik müqavilə bağlayıb.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “BAE Systems” Dəniz Gəmiləri üçün Döyüş Sistemləri bölməsinin direktoru Riçard Uilyams məlumat verib.
Məlumatda bildirilir ki “Ortaq Dəstəkli Həll 2” (ODH 2) proqramı ləvazimatların işləkliyinin yaxşı səviyyədə qalması, köhnəlmənin aradan qaldırılması və döyüş sistemlərinin etibarlılığının təmin edilməsinə kömək edəcək. Bu proqramın ilki olan “Ortaq Dəstəkli Həll” müqaviləsi 2010-cu ildə bağlanıb.
ODH 2-nin dəyəri 200 milyon funtsterlinq olaraq qiymətləndirilir və proqram 2024-cü ilə qədər davam edəcək.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
BAE-Systems
Britaniya