Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Biz konfrontasiyanı dərinləşdirmək üsulları axtarmırıq, lakin təbii ki, gələcəkdə də qarşılıqlılıq prinsipinə uyğun olaraq dostyana olmayan hərəkətlərə cavab verəcəyik”, - deyə o bildirib.
Lavrovun sözlərinə görə, Moskva Vaşinqtonla açıq konstukiv əməkdaşlığa hazırdır.
“Təəssüf ki, Amerika tərəfindən belə addımlar müşayiət etmirik. Açıq şəkildə Rusiya əleyhinə fəaliyyət göstərirlər”, - deyə Lavrov vurğulayıb.
Ağalar Qəribov
Ordu.az