NATO: Müttəfiqlər Rusiyanın raketlərini qeydə alıblar

2017/12/1497377117546456_1513336002.jpg
Oxunub: 462     19:04     15 Dekabr 2017    
NATO Rusiyanı Orta və Kiçik Mənzilli Raketlərin Ləğv Edilməsi barədə Müqaviləni pozmamağa səsləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

“Birləşmiş Ştatlar Orta və Kiçik Mənzilli Raketlərin Ləğv Edilməsi barədə Müqaviləyə dair öz öhdəliklərini yerinə yetirir və onun ciddi şəkildə yerinə yetirilməsini tələb edir. Müttəfiqlər Rusiyanın ciddi ehtiyat tədbirlərinə əl atmağa vadar edən raketlərini qeydə alıblar”, - deyə məlumatda bildirilir.

Məlumata əsasən, NATO Rusiyanın ciddi və şəffaf şəkildə aradan qaldırmağa, o cümlədən ABŞ-la texniki dialoqa daxil olmağa səsləyir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Rusiya  


Bizi "telegram"da izləyin