Donbasda döyüşlər ara vermir: 4 yaralı

2017/12/всуethjehg_1513335240.jpg
Oxunub: 341     18:54     15 Dekabr 2017    
Son 24 saatda separatçı qüvvələr Ukrayna silahlı qüvvələrinə qarşı 24 dəfə atəş açıb, nəticədə 4 ukraynalı əsgər yaralanıb.

Ordu.az “interfax” agentliyinin Ukrayna bürosuna istinadən xəbər verir ki, bu barədə Terrorizmlə Mübarizə Əməliyyatı (TMO) qərargahının mətbuat xidmətindən məlumat verilib.

“Ötən gün ərzində atəşkəs seperatçılar tərəfindən 24 dəfə pozulub. Axşam vaxtı Luqansk vilayətinin Luqansk, Troyitski, Yeni Oleksandrivka və Troxizbenka kəndləri yaxınlığında 120 mm-lik və 82 mm-lik minaatanlar və pulemyotlardan atəş açılıb. Onların yarısından çoxu TMO qüvvələrinin cavab atəşi ilə susdurulub. Düşmən hücumları nəticəsində Ukrayna ordusunun 4 əsgəri yaralanıb”, - deyə məlumatda bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Atəşkəs   Təxribat  


Bizi "telegram"da izləyin