Lavrov: “ABŞ Əfqanıstanda “Kalaşnikov”ları əvəzləməyi tələb edir”

2017/12/Sergey-Lavrov-2_1513334109.jpg
Oxunub: 378     18:31     15 Dekabr 2017    
“Vaşinqton Kabildən ölkənin təhlükəsizliyi üçün qarşılıqsız olaraq verdiyi 50 min “Kalaşnikov” avtomatını Amerika istehsalı olan tüfənglərlə əvəzləməyi tələb edir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında çıxış edərkən bildirib.

“Amerikalılar əfqan təhlükəsizlik qüvvələrinə qarşılıqsız olaraq verilən “Kalaşnikov” avtomatları və onların sursatlarının silahlanmadan çıxarılmasını, əvəzində Amerika istehsalı olan tüfənglərin alınmasını tələb etməyə başlayıblar”, - deyə Lavrov bildirib.

Lavrov 50 min avtomatın taleyinin necə olmasından narahat olduğunu da dilə gətirib.

“Bu 50 min avtomatla nə edilməsi ilə yanaşı, əfqan ordusunun alışdığı silahları əllərindən alaraq əvəzində öyrəşmələrinə uzun zaman tələb olunan silahı almaqlarını tələb etməyi nə ilə əsaslandırmaq olar?”, - deyə Lavrov qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   Kalaşnikov   Lavrov  


Bizi "telegram"da izləyin