"ABŞ və Kanada Ukraynaya silah vermək üçün bəhanə yaradır" - Zaxarova

2017/12/DNpERgUXkAIcm4l34w5_1513328360.jpg
Oxunub: 403     16:57     15 Dekabr 2017    
“Ukrayna hökuməti bu addımı yeni hərbi fəaliyyətlər üçün razılıq kimi qiymətləndirəcək”.

Ordu.az “Svobodnaya pressa” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

O qeyd edib ki, ABŞ və Kanada Donbas münaqişəsi ilə bağlı vəziyyəti ədavətli şəkildə təhrif edir.

“Birləşmiş Ştatlar və Kanada atəşkəsi pozmağa görə məsuliyyəti Ukrayna ordusunun üzərindən götürərək, Kiyevi daha çox silahla təchiz etmək üçün bəhanəyə malik olmaq istəyir”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, ABŞ və Kanada Kiyevdə baş verən dövlət çevrilişinin nəticəsi olan Donbasda münaqişə gücünə və günahsız insanları öldürənlərin əllərinə silah verməklə problemi həll edə bilməyəcəklərini anlamalıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Donbas  


Bizi "telegram"da izləyin