Çin hərbi donanması Sarı dənizdə təlimlər keçirir

2017/12/1497872969-25994534_1513325684.jpeg
Oxunub: 468     16:09     15 Dekabr 2017    
Çin Hərbi Dəniz Qüvvələri Şimali Koreyanın dəniz sərhədləri yaxınlığında təlimlərə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “South China Morning Post” saytı məlumat yayıb.

Bildirilir ki, Çin hərbi donanmasının təlimləri Lyaonin vilayətinin qərbində yerləşən Boxay körfəzi sularında dünən başlayıb və növbəti həftənin bazar ertəsinədək davam edəcək.

Təlimlərin Koreya yarımadasında keçiriləcək Olimpiya oyunları ərəfəsində regionda vəziyyətin hələ də gərgin olaraq qalması ilə əlaqədar olaraq keçirildiyi güman edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Təlimlər  


Bizi "telegram"da izləyin