Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu qanun layihəsinin müəllifləri olan demokrat Brendan Bouli və respublikaçı Ed Roys komitənin bütün üzvlərinin dəstəyini alıblar.
Qanun layihəsinə əsasən, Birləşmiş Ştatlar Ukraynaya kiber təhlükəsizliyini möhkəmləndirilməsi, həmçinin Rusiyanın dezinformasiya təbliğatı ilə mübarizə sahəsində kömək etməlidir.
O cümlədən qeyd edilir ki, Vaşinqton NATO ilə Ukraynanın əməkdaşlığını, həmçinin Kiyev tərəfindən keçirilən siyasi və iqtisadi islahalatları müsbət qiymətləndirir.
Ağalar Qəribov
Ordu.az