Rus komandan: "Rusiya STRQ raket atışlarının sayını artıracaq"

2017/12/1483881936345345_1513322067.png
Oxunub: 416     15:12     15 Dekabr 2017    
“Rusiya Strtateji Təyinatlı Raket Qoşunları 2018-ci ildə 2017-ci il üçün planlaşdırılandan 2 dəfə çox – 12 raket atışı həyata keçirməyi planlaşdırır”.

Ordu.az Rusiya Müdafiə Nazirliyinin rəsmi mətbu orqanı olan “Krasnaya zvezda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının komandanı Sergey Karkayev bəyan edib.

“2017-ci ildə artıq 5 raket atışı həyata keçirilib, ilin sonunadək daha bir raket atışının keçirilməsi planlaşdırılır. 2018-ci ildə isə 12 raket atışı həyata keçirməyi planlaşdırırıq”, - deyə Karkayeb bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin