Strateji nüvə güclərinin inkişafı Rusiya üçün prioritetdir - VİDEO

2017/12/strategicheskie_yadernye_sily_rossii_i_ssha_1543534_1513321628.jpg
Oxunub: 357     14:51     15 Dekabr 2017    
“Bu sahənin zəruriliyinin səbəbi nüvə güclərinin Rusiya Federasiyası və onun müttəfiqlərinin təhlükəsizliyinin təminatının zəmanəti, o cümlədən daxili və xarici siyasətin həyata keçirilməsində müstəqilliyin dəlili ilə şərtlənir”.

Ordu.az 5-tv.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Strateji Təyinatlı Raket Qoşunlarının komandanı Sergey Karakyev bəyan edib.

Rusiya Nüvə və raket qoşunlarının silahlanması üçün 2020-ci ilədək böyük miqdarda dövlət dəstəyi təmin olunub.

“Hazırda mövcud və yeni yaranan təhdidlərə müvafiq şəkildə reaksiya göstərmək üçün raket kompleksləri qruplaşmasının inkişafının çoxvariantlılığı və davamlılığını təmin etmək üçün bütün lazımi qərarlar qəbul edilib”, - deyə Karakyev bildirib.

Qeyd edək ki, daha öncə “Pyatıy kanal” televiziyası Suriyada Rusiya Aerokosmik Qüvvələri təyyarələrinin terrorçuların obyektlərinə endirdiyi zərbələrin görüntülərini ictimailəşdirib.



Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin