Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Yaxın Şərq üzrə keçmiş köməkçisi Stüart Cons bəyan edib.
“Suriyada ruslarla əməkdaşlıq etməliyik. Düşünürəm ki, Suriyanın cənub-qərbində yaradılan deeskalyasiya zonlaları ekkeftivdir. Məncə, bu, gələcək əməkdaşlıq üçün pozitiv model yaradır”, - deyə Cons Senatda çıxışı zamanı bildirib.
Cons həmçinin qeyd edib ki, onun fikrincə, əməkdaşlıq Rusiya tərəfinin müəyyən fəaliyyətinin qarşısını almağa kömək edir.
Ağalar Qəribov
Ordu.az