CHD artilleriyaçıları təlimlərə başladı

2017/12/1508892931456456_1513318733.jpg
Oxunub: 461     14:17     15 Dekabr 2017    
“Cənub Hərbi Dairəsinin artilleriyaçıları təlim çərçivəsində Dağıstanda yerləşən dağlarda şərti terrorçulara qarşı döyüş atışları həyata keçiriblər”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bəyan edib.

“Dağıstan Respublikasında yerləşən Cənub Hərbi Dairəsinin motoatıcı bölüyünün artilleriyaçıları “Dalniy” ümumqoşun poliqonunda respublikanın dağlıq hissəsində gizlənən şərti terrorçu birliklərinə qarşı atışlar həyata keçiriblər”, - deyə Astafyev bildirib.

Onun sözlərinə görə, artilleriyaçılar atışlar həyata keçirmək üçün fərdi və qrupşəkilli hədəflərə qarşı özüyeriyən “Qvozdika” qaubitsaları, “Qrad-M” reaktiv yaylım atəşi sistemi və “Sani” minaatanından istifadə ediblər.

Qeyd edək ki, təlimlərdə 200-dən çox əsgər, 50-yə yaxın silah və hərbi texnika istifadə olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CHD   Təlim  


Bizi "telegram"da izləyin