Ordu.az Voyennoye.rf saytına istinadən xəbər verir ki, bu barədə “The Associated Press” informasiya agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, turistlərin xüsusilə sevdiyi Qotland adasına 350 nəfər hərbi qulluqçu göndəriləcək.
Onların adadakı əsas yerləşmə ərazisi Visbyu şəhəri olacaq.
Rəsmi Stokholm isə Qotlandda hərbi kontingentin artırılmasını Baltik dənizində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əsaslandırır. Səbəb olaraq Rusiyanın bu ərazidə hərbi əməliyyatların kəmiyyətini artırması göstərilir.
Ağalar Qəribov
Ordu.az