Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ rəsmilərinin açıqlamalarına görə, Birləşmiş Ştatlar döyüş zonalarına tezliklə kiber döyüşçü komandaları göndərəcək.
“Ordunun missiyası ümumilikdə hücum və məhv etməkdən ibarətdir. Kiber qoşunların məqsədi isə bir qədər fərqlidir”, - deyə Havay bazasındakı döyüş komandasının komandiri, polkovnik Robert Rayn bildirib.
Onun sözlərinə görə, döyüş prosesində məhv etmək hər şey deyil.
“Kinetik olmayan yollarla necə təsir edə bilərəm? Necə hədəfə çata, çaşqınlıq yarada və nəzarəti ələ keçirə bilərəm?”, - deyə o əlavə edib.
Ordunun Kiber Komandirliyinin polkovniki Uilyam Hartman bildirib ki, biber əsgərlər 6 ay ərzində piyada manqalarında bir araya gətirilib və komandirlərin ehtiyaclarına uyğun əməliyyatlara girəcəklər.
Hartman kiber qoşunlarının bacarıqları ilə bağlı detallara varmasa da, bildirib ki, məlumatların toplanması və planlaşdırılan hücumların qarşısının alınması bunlardan sadəcə ikisidir.
Ağalar Ağalarlı
Ordu.az