Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukraynanın şərqində yerləşən Xarkov şəhərində baş tutan görüşdə tərəflər bu təşəbbüslə bağlı birgə fəaliyyətlərin kordinasiyasının detallarını müzakirə ediblər.
Poroşenko bildirib ki, “Mavi Dəbilqəlilərin” əraziyə yerləşdirilməsi Ukraynanın şərqində sülhün bərqərar olmasına kömək edə bilər.
O bir daha xatırladıb ki, qüvvələrin yalnız qiyamçılar tərəfindən nəzarət edilən bütün ərazilərə yerləşdirilməsi halında Ukrayna bu təşəbbüsə razı ola bilər.
“Sülhməramlılar sadəcə təmas xəttində yox, bütövlükdə Luqansk və Donetsk regionlarında nəzarət olunmayan ərazilərdə çalışmalıdırlar”, - deyə o əlavə edib.
Öz növbəsində Duda Ukraynanın bu təşəbbüsünü BMT TŞ-də dəstəkləməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin daha öncə bildirib ki, Moskva BMT TŞ-dən Ukraynanın şərqindəki təmas xəttinə sülhməramlı qoşunların yerləşdirilməsi ilə bağlı sorğu göndərəcək.
Ağalar Ağalarlı
Ordu.az