Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə baş naziri Türkiyə ilə İraq arasındakı İbrahim Xəlil sərhəd qapısının nəzarətinin Bağdada təhvil verildiyini bəyan edib.
Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edən baş nazir Binali Yıldırım əlavə edib ki, sərhədin Türkiyə tərəfi olan Habur girişinə Türkiyə nəzarət edəcək.
Məlumat üçün qeyd edək ki, İbrahim Xəlil keçidinin nəzarəti İraq və Türkiyə ordusunun birlikdə keçirdiyi əməliyyatdan sonra İraq Kürdüstanından geri alınıb.
Ağalar Ağalarlı
Ordu.az