Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu gün BMT baş katibi Antonio Quterreş bəyan edib.
Quterreş bu məqsədin həyata keçirilməsini təmin etmək üçün səbrli şəkildə cəhdləri davam etdirməyin zəruri olduğunu bildirib.
Quterreş Suriyada münaqişənin aradan qaldırılmasında Astana prosesinin də müsbət rolunu vurğulayıb.
“Astana prosesi münaqişənin deeskalyasiyasında, deeskalyasiya zonalarının yaradılması, intensiv döyüşlərin azaldılması, həmçinin münaqişə qurbanlarının sayının azaldılması baxımından mühüm pozitiv rol oynadı”, - deyə BMT baş katibi qeyd edib.
Ağalar Qəribov
Ordu.az