ABŞ BMT büdcəsinin 250 milyon dollar azaldılmasını tələb edir

2017/12/20170603163655_1513187005.jpg
Oxunub: 445     01:41     14 Dekabr 2017    
ABŞ rəhbərliyi BMT-nin 2018-2019-cu illər üçün büdcəsini 250 milyon dollar (425 milyon manat) ixtisar olunmasını tələb edir.

Ordu.az xəbər verir ki, bu barədə “Agence France Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, Amerika tərəfinin təklif etdiyi ixtisarlar BMT-nin Fələstin, Liviya və Əfqanıstandakı missiyalarına təsir edə, maaşlı personalın ixtisar edilməsinə və beynəlxalq təşkilatın inkişafının qarşının alınmasına səbəb ola bilər.

BMT nümayəndələri ABŞ-ın təklifinə cavab olaraq maliyyələşdirməni 170 milyon dollar (289 milyon manat) azaltmağa hazır olduqlarını bildiriblər.

Qeyd edək ki, BMT cari ilin sonunadək 2018-2019-cu illər üçün büdcəsini təsdiqləməyi planlaşdırır.

“Agence France Presse” agentliyinin məlumatına görə, təşkilat öz tələbatları üçün 5,4 milyard (9,18 milyard manat) dollar vəsait ayrılmasını istəyir, bu isə 2016-2017-ci illər üçün ayrılan büdcədən 200 milyon dollar (340 milyon manat) daha azdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   BMT  


Bizi "telegram"da izləyin