Ordu.az Russian.rt saytına istinadən xəbər verir ki, bu barədə Belorus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
“Bu internet və KİV-lər bizim cəmiyyətdə stabillik və sakitliyi dağıtmağa cəhd edən psevdoanalitiklərin fikirləri ilə doludur və yalnız bizim cəmiyyətdə yox”, - deyə Lukaşenko bildirib.
O qeyd edib ki, hazırda qlobal dünya müharibəsi gedir.
“Lakin bu müharibə hər şeydən öncə KİV-lərin cəmiyyəti dezinformasiyalarla yönəltməyə çalışan yeni metodları üzrə gedir”, - deyə Belorus prezidenti vurğulayıb.
Ordu.az