Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2017-ci ildə dekabrın 12-də ABŞ senatının xarici əlaqəlar komissiyası tərəfindən Gürcüstana "Javelin" tank əleyhinə raket komplekslərinin və raketlərin satışına qadağan qoyulması haqqında qanun layihəsini müzakirəyə təqdim edib.
Qanun layihəsini hakim respublikaçılar partiyasının nümayəndəsi təqdim edib.
Qanun layihəsində Gürcüstana 410 ədəd "Javelin" tank əleyhinə raket komplekslərini və 72 ədəd raket buraxılış sisteminin satışını qadağan etməyi təklif edilir. Qaydalara görə, əgər Konqres razılıq versə və ABŞ prezidenti təsdiq edərsə, bu komplekslər Gürcüstana satılmayacaq.
Xatırladaq ki, 20 noyabr 2017-ci ildə ABŞ dövlət katibliyi bu komplekslərin Gürcüstana satılmasına razılıq vermişdi.
Ordu.az