Ordu.az “Dailymail”ə istinadən xəbər verir ki, bu barədə ekspertlər bildirib.
Əvvəlki Şimali Koreya diktatoru Kim Çen İr 2011-ci ilin 17 dekabrında vəfat edib. Geridə qalan müddət ərzində hər ilin bu günü Şimali Koreyada raket sınaqları və hərbi təlimlərlə yadda qalıb.
Dünən Pxenyanda Xvason-15 qitələrarası ballistik raketin mühəndisləri ilə görüşən Kim Çen In nüvə silahlarının bundan sonra da inkişaf etdiriləcəyini bildirib.
Analitiklər və hökumət rəsmiləri bildirir ki, noyabrın 29-da sınaqdan keçirilən Xvasonq-15 raketinin vuruş məsafəsi ABŞ-ın əsas ərazisinin bütün nöqtələrini vurmağa imkan verir.
Lakin ekspertlərə görə, Şimali Koreya ABŞ-ın bütün ərazisini vura biləcək nüvə raketi əldə etmək üçün bəzi texniki göstəriciləri daha çox təkmilləşdirməlidir.
Xatırladaq ki, 2006-cı ildən etibarən 6 nüvə sınağı həyata keçirən KXDR bir müddət öncə atom və hidrogen bombalarını əldə etməyə nail olduğunu elan etsə də, heç bir xarici mənbə bu məlumatın dəqiqliyini təsdiqləmək imkanına malik olmayıb.
Ağalar Ağalarlı
Ordu.az