Pekin ABŞ-a ciddi xəbərdarlıq etdi: Tayvan Çinə birləşdirəcək

2017/12/1076876876_1513165724.png
Oxunub: 441     19:46     13 Dekabr 2017    
“ABŞ hərbi gəmiləri Tayvanın Qoyuan limanına daxil olduğu gün Çin Xalq Azadlıq Ordusu Tayvanı Çinə birləşdirəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfiri Li Kexin bildirib.

O, bu bəyanatı ABŞ donanma gəmilərinin Tayvan limanlarına yan ala biləcəyi ilə bağlı ABŞ konqresinin qəbul etdiyi qərara cavab olaraq bildirib.

Li bildirib ki, ABŞ gəmilərinin Tayvan limanlarına daxil olması halında ölkənin ərazi bütövlüyü ilə bağlı Çinin bölünməzlik qanununu pozulacaq.

“Əgər Çin Tayvanda ayrılma meyilləri hiss etsə hərbi sanksiyalara əl atmalı olacaq. ABŞ hərbi gəmilərinin Tayvan limanlarına lövbər salması ancaq Çinin icazəsindən sonra mümkün ola bilər. Lakin Çin birmənalı olaraq bu gəmilərin Tayvan limanlarına daxil olmasına qarşı çıxacaq”, - deyə səfir bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin-Tayvan   ABŞ  


Bizi "telegram"da izləyin