Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əbu Kamal qəsəbəsinin şimalındakı əl-Cəlal və əl-Rəmadi bölgələrində Suriya ordusunun mövqelərinə hücum edən İŞİD terrorçuları onlarla itki verərək geri çəkilib.
Ağır itki verərək Fərat çayının şərq sahilinə çəkilən İŞİD terrorçularından qalan xeyli miqdarda silah-sursat Suriya hərbi qüvvələri tərəfindən ələ keçirilib.
Paralel olaraq Deyr əz-Zorla Homs vilayətinin sərhədində əməliyyat aparan ordu qüvvələri İŞİD-lə ağır döyüşlər keçirərək çoxlu sayda terrorçunu məhv edib.
Döyüşlər nəticəsində Homsun şərqindəki əl-Suxnadan başlayaraq 5500 kvadrat kilometr ərazinin terrorçulardan azad edildiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az