Ukrayna MMTŞ-nin katibi NATO qərargahını ziyarət edib

2017/12/вфап567_1513162643.jpg
Oxunub: 462     18:55     13 Dekabr 2017    
Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Turçinov NATO qərargahında olub.

Ordu.az “interfax” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurasının (MMTŞ) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, katib qərargahda NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşəcək.

Ukrayna MMTŞ-nin katibi və NATO-nun baş katibi Ukrayna-NATO Komissiyasının görüşü çərçivəsində bir araya gələcək. Turçinov görüşdə Şərqi Avropadakı təhlükəsizlik məsələləri və Rusiyanın aqressiyasına qarşı mübarizə ilə bağlı əhatəli hesabat təqdim edəcək.

Turçinovun daha sonra Böhranların və Əməliyyatların Kompleks İdarəsi Mərkəzinə və Qərargah Vəziyyət Mərkəzinə də baş çəkəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MMTŞ   NATO  


Bizi "telegram"da izləyin