Ordu.az “Milliyet” nəşrin istinadən xəbər verir ki, ilk mərhələdə Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın qatılacağı bu qüvvələrin adı Avrasiya hərbi statuslu hüquq mühafizə qüvvələri olacaq.
Türk dünyasının ortaq ordusunun simvolu isə at və 4 ulduz olacaq. Türkiyəni bu orduda Baş Qərargah komandanlığı təmsil edəcək. Ordu rəsmi şəkildə 2018-ci ildə fəaliyyətə başlayacaq və yalnız sülhün qorunması üçün fəaliyyət göstərəcək.
Xatırladaq ki, ortaq ordunun yaradılmasına 2013-cü ildə qərar verilib. Lakin Monqolustanın bu qüvvələrə qatılacaq hərbi təşkilatı ləğv etməsi səbəbindən layihə təxirə salınmışdı.
Ağalar Qəribov
Ordu.az