ABŞ Çinlə KXDR-in taleyini müzakirə edir – Tarixi vədlər

2017/12/koreya-abs5345_1513158830.jpeg
Oxunub: 479     18:18     13 Dekabr 2017    
“ABŞ Çinə Amerika qoşunlarını KXDR ərazisinə daxil etməli olacağı təqdirdə orada nizamın bərpa edilməsindən sonra Cənubi Koreyadakı mövqelərinə qayıdacağına dair söz verib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

O yenidən qeyd edib ki, Vaşinqton Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə çalışır və Çinlə Rusiya da bu mövqeyə sadiqdir.

“ABŞ-ın bütün diplomatik cəhdləri məhz Koreya yarımadasının nüvəsizləşdirilməsinə yönəlib”, - deyə Tillerson vurğulayıb.

Tillerson qeyd edib ki, KXDR rejiminə qalib gəldikdən sonra ilk növbədə ölkəni bütün nüvə ehtiyatlarından təmizləmək lazımdır.

“Birləşmiş Ştatlar KXDR-də həyat nizamını bərpa etmək üçün zəruri olan bütün tədbirləri öz üzərinə götürməyə hazırdır. Bundan sonra isə qoşunlar yenidə Cənubi Koreyadakı mövqelərinə qayıdacaq”, - deyə Tillerson bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin