Trampın müşaviri: “Rusiya yeni nəsil müharibənin təşəbbüskarıdır”

2017/12/upload-04-pic905-895x505-9451723432_1513156267.jpg
Oxunub: 359     17:09     13 Dekabr 2017    
“Rusiya kiber alətlərin istifadə olunması ilə dezinformasiya və təxribat xarakterli təbliğatla yeni nəsil müharibənin təşəbbüskarı rolunda çıxış edir.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert MakMaster bəyan edib.

“Rusiya xalqları bir-birinə qarşı qoymağa və etibar böhranı yaratmağa çalışır”, - deyə MakMaster bildirib.

Onun sözlərinə görə, Rusiya İkinci Dünya Müharibəsindən sonra Avropada sərhədləri dəyişdirən ilk ölkədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin