Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Hezer Nauret bildirib.
“Rusiya Suriyada işlərinin tamalandığını hesab edə bilər. Bizim Suriyadakı işimiz bitməyib və mən “biz” deyərkən yalnız ABŞ-ı deyil, bütün antiterror koalisiyasını nəzərdə tuturam”, - deyə Nauret qeyd edib.
Nauretin sözlərinə görə, Suriyada İŞİD terrorçuları hələ də qalmaqdadır, eyni zamanda ölkədə vəziyyət hələ stabilləşdirilməlidir.
“İşlər bitməyib, bəli. İşlər hətta İŞİD üzərinə qələbə qazandığını bəyan edən İraqda da bitməyib. Çünki orada hələ də İŞİD idealogiyasına xidmət edən şəxslər qalır. Təəssüf ki, Suriyada da həmçinin”, - deyə Nauret fikirlərini yekunlaşdırıb.
Ağalar Qəribov
Ordu.az