Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
“Ordu Qəzza bölgəsindən İsrailin cənub rayonlarına doğru atılan raketi qeydə alıblar. Xof-Aşkelon ərazisində hava həyacanı siqnalı çalınıb”, - deyə məlumatda bildirilir.
Bu hadisədən bir neçə saat sonra isə İsrail ordusu Qəzza bölgəsinin cənub hissəsində HƏMAS-ın hərbi düşərhəsinə raket atışları həyata keçirib.
Ağalar Qəribov
Ordu.az