“ABŞ, Rusiya və İordaniya Suriyanın cənub-qərbində deeskalyasiya zonalarının yaradılması məsələsində uğura nail olub”.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.
“Biz Suriyada İordaniya və Rusiya ilə vətəndaş müharibəsinin yaranmasının qarşısını alan deeskalyasiya zonalarının yaradılmasında uğura nail olmuşuq. Suriyada Rusiya ilə işləyə biləcəyimiz sahələrdə əməkdaşlığı davam etdirəcəyik. Biz bunu terrorçulardan azad edilən rayonlarda şiddətin səviyyəsinin aşağı salınması və stabilləşmə məqsədilə edəcəyik”, - deyə Tillerson bildirib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Tillerson
Suriya-böhranı