Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə 2018-ci maliyyə ili üçün qanun layihəsinin imzalanması zamanı çıxış edərkən bəyan edib.
“Qanun layihəsi ilə İŞİD-in məhvi üzrə kompaniyanın davam etdirilməsinə vəsait ayırılacaq. Bildiyiniz kimi, biz Suriya və İraqda qələbə qazandıq. Lakin onlar digər ərazilərə də yayılıblar, biz onları yayıldıqları sürəyə uyğun olaraq məhv etmək niyyətindəyik. Son 8 ay ərzində biz İŞİD-lə mübarizə sahəsində keçmiş administrasiyanın (Barak Obama – red.) hakimiyyətdə olduğu bütün müddət ərzində əldə etdiyindən daha çoxuna nail olmuşuq”, - deyə Tramp bildirib.
Ağalar Qəribov
Ordu.az