Ordu.az ABŞ KİV-lərinə istinadən xəbər verir ki, Tramp bu qərarını öz seçki kampaniyası zamanı hərbi inkişafa imkam yaradacağı barədə verdiyi sözlə əsaslandırıb.
“Bu tarixi qanun ordumuzu yenidən inşa etmək və uşaqlarımızın gələcəyini sığortalamaq baxımından çox önəmli addımdır", - deyə Tramp qanunu imzalayarkən bildirib.
Ayrılan vəsait bir hissəsi ilə 90 ədəd “Lockheed Martin" istehsalı F-35 qırıcısı və 14 ədəd donanma gəmisinin alınması planlaşdırılır. Bundan başqa 13,2 milyard dolların raket əleyhinə müdafiə sistemlərinə, 1,8 milyard dolların isə ABŞ-ın İraq və Suriyada dəstəklədiyi döyüşçülərin təlimlərinə ayrılacağı bildirilir.
Ordu.az