Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib.
Ukrayna XİN-i bildirib ki, NATO xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər ildə iki dəfə olmaqla həyata keçirilir. Adətən bunlardan birincisi aprel və ya mayda, digəri isə dekabrın ilk on günündə baş tutur.
“Dekabrdakı görüş Ukrayn-NATO Komissiyasının himayəsi altında illik milli proqram kimi planlaşdırılmışdı. Lakin Ukrayna Komissiyanın görüşü üçün heç bir rəsmi sorğu göndərmədi. Eyni zamanda 5-6 dekabr tarixlərində NATO-nun qərargahında baş tutan NATO Xarici İşlər Nazirlərinin görüşündə katiblik tərəfindən də Ukrayn-NATO Komissiyasının Xarici İşlər Nazirləri səviyyəsində görüşün çağrılması təklif olunmadı”, - deyə məlumatda bildirilib.
Məlumata cavab olaraq bildirilib ki, Ukrayna-NATO Komissiyasının görüşü nümayəndəliklər səviyyəsində 14 dekabrda Brüsseldə baş tutacaq.
Ordu.az