Ordu.az xəbər verir ki, bu barədə “Al-Masdar News” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, Beyt-Cin yaşayış məntəqəsi yaxınlığında Suriya ordusu “Həyat Təhrir əş-Şam” terrorçularını əhatəyə alıb.
Göndərilən dəstək isə 4-cü mexanikləşdirilən diviziya və Milli Müdafə Qüvvələrindən ibarətdir. Bu qüvvələr daha öncə Dəməşq mövqelərində vuruşublar.
Döyüşlər hazırda da davam edir və demək olar ki, terrorçular bütünlükdə məhv ediliblər. Hazırda onların nəzarətində cəmi bir yüksəklik qalıb.
Ağalar Qəribov
Ordu.az