KXDR BMT-də ABŞ üzərində qələbə qazandığını bildirib

2017/12/461617945645_1513058127.jpg
Oxunub: 395     13:54     12 Dekabr 2017    
KXDR hesab edir ki, Birləşmiş Ştatlar və onların müttəfiqləri üzərində hərbi və siyasi qarşıdurmada qələbə qazanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR-in BMT-dəki daimi nümayəndəliyinin Təhlükəsizlik Şurasının KXDR-də insan hüquqları sahəsində vəziyyətinə dair keçirilən iclas ilə əlaqədar olaraq ictimailəşdirdiyi bəyanatda deyilir.

“Əgər ABŞ və digər ədavətli qüvvələr KXDR-i Təhlükəsizlik Şurasında insan hüquqları ilə əlaqədar suallarla təhdid edə biləcəklərini zənn edirlərsə, bu arzular yerinə yetməyəcək. Onların rəzil razılaşması KXDR-i qorxuda bilməz. Biz aşkar şəkildə nüvə gücünə çevrilən KXDR-ə hərbi və siyasi qarşıdurmada məğlub olan ədavətli qüvvələrin təşviş dolu bu iclasını qətiyyətlə mühakimə edirik”, - deyə bəyanatda qeyd olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   BMT  


Bizi "telegram"da izləyin