Hindistanla Pakistan rəhbərləri arasında gizli görüş keçirilib? - Qalmaqal

2017/12/62019757324324_1513017663.jpg
Oxunub: 552     02:38     12 Dekabr 2017    
“Heç bir gizli görüşdən söhbət gedə bilməz. Bu Pakistanın və Hindistanın konqres liderləri arasında baş tutan açıq görüş idi. Yüksək səlahiyyətli şəxslər, diplomatlar, hətta keçmiş Ordu rəhbərinin də aralarında olduğu iştirakçıların qatıldığı sosial yığıncaq idi”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan Konqresi bu gün baş nazir Narendra Modini məsuliyyətsiz şərhləri ilə bağlı günahlandırıb.

“Baş nazir qınanmalı çıxışlarına görə Sinq və Ənsaridən üzr istəməlidir. Görüşdə heç bir gizlilik yox idi. Keçmiş baş nazir və vitse prezident isə sosial yığıncaqda iştirak etmək üçün qatılıb”, - deyə Konqresdən bildirilib

Dünən Modi heç nəyə əsaslanmadan iddia edib ki, Konqres gizlicə anlaşmaq məqsədilə Pakistanla 3 saat çəkən gizli görüş keçirib. Qeyd edək ki, görüşdə Pakistanın yüksək rütbəli məmurları, keçmiş xarici işlər naziri, Hindistanın keçmiş baş naziri Manmohan Sinq və keçmiş vitse-prezidenti Həmid Ənsari də iştirak edib.

“Hindistan Ordusunun keçmiş rəhbəri, Hindistan keçmiş yüksək səlahiyyətli məmurları Pakistanın seçilən diplomatları, jurnalistləri də bu görüşdə iştirak edib. Baş nazir bu görüşü niyə belə bədnam və təəccüblü tərzdə yozur məlum deyil. Baş nazirin keçmiş vitse prezident Ənsari və baş nazir Sinqə qarşı iddia etdiyi bu ittihamlar qınanılmalıdır. Aydındır ki, o, Qucarat seçkilərinin ikinci mərhələsindən öncə etməklə xalqın fikrini qarışdırmağa çalışır. Bu hərəkətin başqa bir açıqlaması yoxdur”, - kimi ifadələr Konqresdən edilən açıqlamada yer alıb.

Konqresin rəhbəri Rahul Qandi də Modiyə qarşı sərt ifadələr söyləyib: “Seçkilər Qucaratdadır və Modi Yaponiya, Pakistan, Əfqanıstan haqda danışır. Bu Gucarat seçkiləridir və yaxşı olardı ki, bir az da Qucarat haqda danışardı”

Həmçinin, Konqres Modinin özünün Pakistan yönlü olduğunu bildirib.

“Kimdir Pakistanı sevən? 2015-ci ildə Udhampurdakı və Qurdaspurdakı terror hücumundan sonra Pakistana planlaşdırılmamış səfər edərək keçmiş baş nazir Nəvaz Şərifin qız nəvəsinin toyunda iştirak edən kim idi?”, - deyə Konqres baş nazirlə bağlı bəzi detalları açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Hindistan  


Bizi "telegram"da izləyin