SQQ Deyr Əz-Zorda yeni ərazilər azad edib – Terrorçular qaçır

2017/12/suriya-ordusu-deyr-ez-zorda-neft-qaz-yataqlarini-azad-edib-16615345435_1513011429.jpg
Oxunub: 458     00:55     12 Dekabr 2017    
Suriya Quru Qoşunları Deyr-əz Zorun cənub-şərqindəki 2000 kv-km ərazidən İŞİD terrorçularını çıxarıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya ordusuna yaxın mənbələrdən məlumat verilib.

Mənbələr bildirib ki, ordu qüvvələri Deyr əz-Zorun cənub-şərqindəki İŞİD mövqelərinə ağır zərbələr endirib və əl-Salehiyədən əl-Məzliyə Damadək 2000 kvadrat-kilometrlikgenişlikdə ərazini, həmçinin, Əlbu Kamal qəsəbəsi və T2 yanacaqdoldurma məntəqəsini azad edib.

Əlavə olaraq bildirilib ki, Suriya ordusu T2 yanacaqdoldurma məntəqəsinin şimal istiqamətindən İŞİD-ə doğru 18 km irəliləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   İŞİD  


Bizi "telegram"da izləyin