Ordu.az “Politexpert.net” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Hmeymim” bazasında Suriya prezidenti Bəşər Əsədlə görüş zamanı bəyan edib.
Qeyd edək ki¸ Rusiya prezidenti bu gün səhər saatlarında “Hmeymim” aviabazasına gəlib.
Bəşər Əsədlə görüş zamanı Putin Suriyada əhali üçün stabil və sakit həyat şəraitinin yaranacağına ümidvar olduğunu bildirib.
Putin həmçinin Türkiyə və İranın da Suriyada İŞİD üzərində əldə olunan qələbələrdə böyük pay sahibi olduğunu vurğulayıb.
Ağalar Qəribov
Ordu.az