Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Prezident Yanında Milli Təhlükəsizlik İdarəsinin sədr müavini Nam Qvan Pxyo bəyan edib.
“Qarşıdakı sammit ikitərəfli əlaqələrin yaxşılaşdırılması, Cənubi Koreya və Çin arasında etibarın bərpası və iki lider arasında şəxsi əlaqələrin möhkəmlənməsi imkan ola bilər”, - deyə Pxyo bildirib.
Həmçinin o qeyd edib ki, söhbət çərçivəsində Pxenyanın nüvə probleminin həlli mövzusuna xüsusi diqqət ayıracaq, Koreya yarımadasında davamlı sülhün təmin olunması planlarını müzakirə edəcəklər.
Qeyd edək ki, Cənubi Koreya prezidenti Mun Çje İnin Çin səfəri dekabın 13-dən 16-dən davam edəcək.
Ağalar Qəribov
Ordu.az