Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəhbərləri Komitəsinin pokovniki No Çje Çon bəyan edib.
“Hələ heç nə həll edilməyib. Bu barədə danışıqların aparılması haqqında mənə heç nə məlum deyil”, - deyə Çon, jurnalistlərin təlimlərin təxirə salınması barədə sualına cavab verərkən bildirib.
Qeyd edək ki, daha öncə Cənubi Koreya KİV-ləri “Foal Eagle” təlimlərinin təxirə salınması barədə danışıqların getdiyini xəbər verib.
Ağalar Qəribov
Ordu.az