ABŞ, Yaponiya və Cənubi Koreya KXDR sahillərində təlimlərə başlayıb

2017/12/171128-N-AC254-263-1024x6813465_1512971328.jpg
Oxunub: 442     13:45     11 Dekabr 2017    
ABŞ, Yaponiya və Cənubi Korey KXDR sahillərində birgə hərbi dəniz təlimlərinə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya və Cənubi Koreya müdafiə nazirlikləri məlumat yayıb.

Cənubi Koreya Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəhbərləri Komitəsi bəyan edib ki, hərbi manevrlər çərçivəsində hərbçilər Şimali Koreya balistik raketlərinin atışı şərtlərində gəmilər arasında informasiya mübadiləsinin təmin edilməsi üzərində çalışırlar.

Yaponiya Silahlı Qüvvələr Qərargahının verdiyi məlumata görə isə, təlimlər KXDR ballistik raketlərinin atışı zamanı Amerika və Cənubi Koreya Silahlı Qüvvələri ilə informasiya mübadiləsinin pisləşməsi vəziyyətində Yaponiya Hərbi Dəniz Qüvvələrinin taktiki potensialının artırılmasına yönəlib.

Yaponiya və Koreya yarımadası yaxınlığında keçirilən təlimlərdə raket aşkarlama sistemləri ilə təmin olunan ABŞ-ın “Stethem” esminesi, Cənubi Koreyanın “Ryu Seong-yong – DDG-933”, həmçinin Yaponiyanın “Tyokay” gəmiləri iştirak edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Nüvə   Təlimlər   ABŞ  


Bizi "telegram"da izləyin