ABŞ əsgərlərini döyüş maşınına çevirəcək maddələr hazırlayır – ARAŞDIRMA (VİDEO)

2017/12/1395525883661-620x33045645_1512732268.jpeg
Oxunub: 555     19:23     08 Dekabr 2017    
“ABŞ hökuməti əsgərlərini fövqəladə imkanlara malik superinsan -döyüş maşınlarına çevirəcək maddələr üzərində işləyir”.

Ordu.az Mirror.co.uk saytına istinadən xəbər verir ki, bu barədə xarici ekspertlər bildirib.

Yeni üzə çıxan sənədlər göstərir ki, keçmişdə ABŞ ordusunun üzərində bu kimi eksperimentlər aparılıb. Bu sənədlər hər kəsi bir sual haqda düşünməyə vadar edir: həmin eksperimentlər bu gün də edilirmi?


Ehtimal olunur ki, hazırlanan maddələr insanı bir döyüş maşınına çevirə bilir. Bu maşınlar daha az yatır, yeyir, hətta daha az qorxu hiss edir. Sözügedən iddialar “Science Channel”ın “What on Earth” (“Planetdə baş verənlər”) TV şousunda irəli sürülüb.

Proqramda könüllü əsgərlərin ağlasığmaz nadir videogörüntüləri nümayiş olunub. Videodan görünür ki, əsgərlər parada və ya sadə hərbi təlimlərə çıxmazdan öncə LSD (Dietilamid lizergin turşusu) qəbul edirlər.


1948-1975-ci illərdə Amerika Ordusu müxtəlif maddələrlə təcrübələr aparıb. Onlar hallüsinasiya yaradan bu maddələrdən müharibə silahı kimi istifadə etməyə ümidvar idilər.

Belə testlərdən biri də 1958-ci ildə Merilenddəki “Edgewood” silah bazasında keçirilib. Bu test bir proqramın tərkib hissəsi olub. Həmin proqramın məqsədi isə düşmən üzərində təsirli psixokimyəvi zəiflik yaradacaq aerozollar əldə etmək idi.

Prezident Duayt Eyzenhauerin bu tibbi tədqiqatdan aşırı dərəcədə məmnun qaldığı deyilir.


“Dietilamid Lizergin Turşusunun (LSD) ordunun hücumuna təsiri” başlıqlı video isə ordu könüllərinin LSD maddəsini qəbul etməzdən əvvəl bir sıra təlimlər keçdiyini göstərir.

Filmin mətnini oxuyan şəxs bildirir ki, əvvəlcə könüllülər əmrlərə dərhal və sorğu-sualsız tabe olurlar. Daha sonra əsgərlərə LSD verilir və iki saat sonra sınaq yenidən keçirlir.

Lakin əsgərlərin reaksiyası eyni olmur. LSD qəbul edən əsgərlər zabitin əmrlərinə məhəl qoymayaraq gülməyə başlayırlar. Bir neçə dəqiqədən sonra isə vəziyyət ümumiyyətlə idarəolunmaz hal alır. Onlar zabitin əmrlərinə tabe olmur və dağılışmağa başlayırlar.


“What on Earth” TV şousunda çıxış edən tarixçi Hop Harrison bildirir ki, “Sayıqlama əməliyyatı” (“Operation Dellirium”) ABŞ müdafiə nazirliyinin proqramı olub.

“Proqram çərçivəsində kimyəvi maddələrin öz qoşunlarımız üzərində təcrübəsi aparılır və necə təsir göstərdiyi öyrənilirdi. Bu proqram gizli saxlanıldı. Çünki təcrübələr insanlar üzərində aparılırdı”, - deyə Harrison əlavə edib.

O, ən önəmli sual üzərindən sözlərinə davam edərək bildirib: “Bəs görəsən bu təcrübələr indi də davam edirmi?”


“İndi bilirik ki, ABŞ hökuməti bu gün də bəzi xüsusi maddələr üzərində işlər aparır. Onlar ümid edirlər ki, bu maddələr ABŞ əsgərlərini qorxubilməz döyüş maşınlarına çevirəcək”, - deyə Harrison qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Super-əsgərlər  


Bizi "telegram"da izləyin