Ordu.az xəbər verir ki, son 10 il ərzində Ermənistan hərbi xərclərində bu şəkildə kəskin artım olmayıb. 2016-cı ildə müdafiə sahəsinə 201 milyard dram ayıran Ermənistan, növbəti il bu rəqəmi 246 milyard drama çatdırmağı nəzərdə tutur. Araşdırmalara görə, düşmən ölkə hərbi büdcə xərclərini 17 % artırıb.
2009-2013-cü illər ərzində müdafiə sahəsinin maliyyələşdirilməsində kəskin artım aparılsa da, erməni dramı dəyərdən düşüb. Nəticədə, artım qənayətbəxş olmayıb.
Ordu.az
Ermənistan müdafiə sahəsinin maliyyələşdirilməsi xərclərini artırmaqla yanaşı, digər güc strukturlarının maliyyələşdirilməsinə də diqqət çəkir. Keçən 10 il ərzində polisin büdcə xərclərinin artırılması birinci planda olub.
Qeyd edilən dövr ərzində, 96% polis , 94% müdafiə sahəsi, 60% isə təhlükəsizlik xidmətinin maliyyələşdirilməsi artrırılıb. Bununla yanaşı, Ermənistanda maliyyə xərclərinin artırılması bu və ya digər sahədə vəziyyətin layiqincə yaxşılaşdırılacağı mənasını verə bilməz.
Alpər Mövludoğlu
Ordu.az