Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, kameralar Qars vilayətinin yerli özünüidarəetmə orqanı tərəfindən sərhəd xəttinin daimi nəzarət altında saxlanılması üçün quraşdırılıb.
"Sondakika" xəbər saytının məlumatına görə, kameraların quraşdırılması üçün 2 milyon 880 min lirə dəyər müəyyənləşdirilib.
"Layihə Türkiyə-Ermənistan sərhədinin Qars hissəsində müəyyən mənfi məqamları aradan qaldıracaq və daha yüksək təhlükəsizliyi təmin edəcək”, - deyə məlumatda bildirilir.
Alpər Mövludoğlu
Ordu.az