“Böyük Səfər”in Şifrələri: Niyə Lukaşenko Moskvadan Asiyaya Səfər Etdi?

2026/06/1782716911.jpg
Oxunub: 227     11:07     29 İyun 2026    
Belarus Prezident Administrasiyasının “Birincinin Poolu” teleqram kanalı iyunun 28-də məlumat yayıb ki, Aleksandr Lukaşenko “böyük səfərlə Şərqi və Cənub-Şərqi Asiyaya yola düşüb”. Mənbənin bildirdiyinə görə, o, “üç ölkəyə səfər edəcək”, səfərin “marşrutu isə on minlərlə kilometri əhatə edəcək”.

İyunun 26-da Belarus Prezidenti “işgüzar səfərlə” Rusiyaya gəlib. Rusiya Prezidenti Vladimir Putin onu Tver vilayətində yerləşən “Valday” iqamətgahında qəbul edib. Putin-Lukaşenko danışıqları təkbətək formatda keçirilib və növbəti gün də davam edib. Bu barədə TASS agentliyinə Rusiya Prezidentinin mətbuat katibi Peskov məlumat verib.

Rusiya və Belarus prezidentlərinin iki gün davam edən görüşləri mətbuatda işıqlandırılmayıb, hətta protokol xarakterli foto və ya videogörüntü də yayımlanmayıb. Tərəflər danışıqların nəticələri ilə bağlı rəsmi məlumat da yaymayıblar.

Məlumdur ki, Rusiyaya yola düşməzdən əvvəl Lukaşenko Minskdə Rusiya səfiri Qrızlovu və Moskva vilayətinin qubernatoru Vorobyovu qəbul edib. Bu barədə BELTA rəsmi agentliyi təkcə mətn şəklində məlumat deyil, həm də videogörüntü yayımlayıb. Lukaşenko bəyan edib ki, onun ölkəsinə “sülh və yalnız sülh lazımdır”.

Lukaşenkonun “böyük səfərinin” coğrafiyası olduqca diqqətçəkicidir. İyunun 17-də Moskvada Rusiya-ASEAN sammiti keçirilib. ASEAN Cənub-Şərqi Asiya ölkələrini birləşdirən iqtisadi əməkdaşlıq təşkilatıdır. Ehtiyatla ehtimal etmək olar ki, Lukaşenko Ukrayna müharibəsinə cəlb olunmaqla bağlı “təklifi rədd edib”. Onun “böyük səfəri” barədə hələlik qeyri-rəsmi məlumatın yayılması da “Aleksandr Qriqoryeviçin Vladimir Vladimiroviçin əlaltısı olmadığı” təəssüratını formalaşdırmaq məqsədi daşıyır.

“Birincinin Poolu” teleqram kanalı əmin edib ki, Şərqi və Cənub-Şərqi Asiyanın “üç ölkəsinə səfərlərdən” əvvəl “geniş hazırlıq işləri aparılıb”. Xüsusilə vurğulanıb ki, Belarus “çoxşaxəli xarici siyasət yürüdür”. Rəsmi mənbələr hələlik Belarus Prezidentinin səfəri və onun hazırda olduğu yer barədə məlumat yaymayıblar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lukaşenko   Belarus   Moskva   Asiya  


Bizi "telegram"da izləyin